Close
Azərbaycanda “Qarabağ qaziləri” adlı yeni futbol klubu yaradıldı

Azərbaycanda ilk dəfə olaraq Abşeron rayonunda “Qarabağ qaziləri” futbol kulubu yaradılıb. Yeni fəaliyyətə başlan klub üzvləri Xırdalan şəhərində təlim məşq keçiriblər.Qarabağ qazilərinin futbol komandası Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin təsisçisi, Qarabağ qazisi Rövşən Quliyevin təşəbbüsü ilə yaradılıb. Respublikada ilk olaraq yaradılan bu komandada yalnız Qarabağ qaziləri, ehtiyyatda olan veteran hərbiçilərdən ibarətdir. Yeni fəaliyyətə başlan klub üzvləri Abşeron Olimpiyaİdman Kompleksində təlim məşq keçiriblər.

Məhz bu münasibətlə təşkil olunan tədbirdə Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin təsisçisi, Qarabağ qazisi Rövşən Quliyev, Birliyin üzvləri, Qarabağ qaziləri və veteranlar iştirak ediblər.Komandanın ilk təlim-məşq toplanışı ulu öndər Heydər Əliyevin, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.Toplantıda Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin sədir müavini, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov çıxış edərək hər kəsi salamlayıb və tədbirin əhəmiyyətindən danışıb. Eləcədə yaranan yeni Futbol klubunun üzvlərinə uğurlar arzulayıb.

Daha sonra söz Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin təsisçisi, Qarabağ qazisi Rövşən Quliyeve verilib. Natiq çıxışında qeyd edib ki, Ümummilli Liderimiz, Dahi rəhbər Heydər Əliyevin 10 may tarixində 95 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin təşkilatçılığı ilə Parolimpiada keçiriləcək. “Qarabağ Qazilərindən İbarət futbol klubunun yaradılması qabaqcadan düşününlüb. Klub hər zaman inkişaf etdiriləcək, biz gələcəkdə Avropa və Beynəlxalq yaraşılarada çıxacağıq”- deyə Rövşən Quliyev vurğulayıb.Tədbirdə Abşeron RİHB-nın müavini Fuad Cəbrayılov çıxış edərək, yeni yaradılan Klubun üzvlərini təbrik etdi və uğurlar arzuladı. Fuad Cəbrayılov qeyd etdi ki, Abşeron rayonunda şəhid ailələrinə, Qarabağ əlillərinə, ümumilikdə müharibə təbəqəsinə olan diqqət və qayğı yüksək səviyyədədir. Həqiqətən də RİH-nin başçısının əhalinin həssas kateqoriyadan olan təbəqəsinə istiqanlı münasibəti bütün respublika ictimaiyyəti tərəfindən təqdir olunur