Close

Yeni yaranan “QƏDFF”in əsas missiyası Azərbaycanda futbolun inkişafına  əhəmiyyətli töhfə vermək və ölkənin əhəmiyyətli təşkilat və idman tədbirlərindəki nəaliyyətlərini inkişaf etdirməkdir.Bununla paralel olaraq, onların geniş kütləyə tanıdılması, milli dəyərlərimizi və ənənələrimizi əlində bayraq tutaraq, Vətənimizdə idmanın şahının inkişafına töhfə vermək əsas hədəflərimizdən biridir.  Yuxarıda sadalananların yüksək səviyyədə və ustalıqla həyata keçirilməsi üçün lazım olan dəyərlərin formalaşması və irəliyə götürülməsi, həmçinin idmançının öncə nümunəvi vətəndaş olduğunu aşılamaq üçün öndə gələn dəyərlərin tədrisi və təbliği ən ümdə missiyalarımızdan biridir. Futbolçunun təkcə meydanda mübarizə aparan biri deyil, üstəlik vətəndaş cəmiyyəti üçün parlaq gələcəyə doğru addımlayan, öz davranışı və savadı ilə işıq saçan şəxs təbliğ etməkdir.

Uğura gedən yolda təməli möhkəm futbol klubunun irəliləyən dönəmdə inkişaf etməsi və populyarlaşması üçün lazım olan addımları atan şəxslərin ailəmizin üzvü olması da, əsas məqsədlərimizdən biridir.