Close
“QƏDFF”in baş nazir müavini ilə görüşü

Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov Abşeron rayonunda Ümummilli Lider adına Heydər Əliyev Mərkəzində Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının Rəhbərliyi və yığma komandaları ilə görüşüb.
Görüşdə Əli Əhmədov Azərbaycan dövlətinin Qarabağ Müharibəsi Əlillərinə və Veteranlarına göstərdiyi qayğıdan bəhs edib, onların daim Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu söyləyib.
Görüşdə Qarabağ müharibəsi əlilləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Daha sonra futbol komandasının uğurları haqqında məlumat verilib. Görüşdə YAP sədrinin müavini, AMEA-nın prezidenti Akif Əlizadə, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da iştirak ediblər. İlk sözü Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının (QƏDFF) prezidenti Rövşən Quliyev Polşanın Varşava şəhərində keçirilən “Amputa Futbol-2019” yarış barəsində məlumat verərək, Qarabağ həqiqətlərin dünya ictimayətinə çatdırdıqların qeyd edib. Səfərdə Avropa Amputant Futbol Federasiyali Asosiyasiyasinin (EAFF) təşkilatçılığı ilə Azərbaycanın Qarabağ Əlil Döyuşçülər Futbol Federasiyasının (QƏDFF) yığma komandası İtaliya , Rusiya və Gürcustan ilə arasında beynəlxalq yoldaşlıq görüşü keçirilib. (QƏDFF) prezidenti Rövşən Quliyev Qeyd edilib ki, bu gün Qarabağ döyüşlərində əlil olan futbolçu idmançılarımız Vətən uğrunda döyüşlərdə yenidən iştirak etmək üçün Ali Baş Komandan İlham Əliyevin əmrlərinə hazırdırlar. Federasiyaya yaxından dəstək olan Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkür edib.