Close
“QƏDFF”in beynalxalq yarışlarda çıxışları

Əlil Döyüşçüləri Futbol Federasiyasının komandalarının UEFA Avropa Liqasının final oyuna dəstək yarışı.Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Əlil Döyüşçüləri Futbol Federasiyası Bakıda keçirilən oyuna dəstək məqsədi ilə fedarasiyanın komandaları arasında yoldaşlıq görüşü təşkil edib.Abşeron Rayon İcra Hakimiyyətinin rəsmisi Məhərrəm Abdulovun, Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının Prezidenti Rövşən Quliyevin,  UEFA-nın rəsmilərinin, AFFA-nın əməkdaşlarının, Qarabağ müharibəsi veteranlarının, KİV nümayəndələrinin və turistlərin iştirak etdikləri tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib.Daha sonra yarışa start verilib.Avropa Liqasının finalı ilə bağlı Dövlət Kukla Teatrının yaxınlığında yaradılmış “Final Şəhərciyi” nin stadion da baş tutan yarışda “Abşeron”, “Qarabağ” və “Gəncə” “Kəpəz” komandaları mübarizə aparıblar.Oyundan sonra UEFA Avropa Liqasının final oyununun səfiri, Moskva “Dinamo”su, “Lokomotiv”, “Spartak”, “Moskva” klublarının heyətində oynamış və hazırda Samaranın “Krılya Sovetov” komandasında çıxış edən Aleksandr Səmədov Əlil Döyüşçüləri Futbol Federasiyasının üzvləri ilə görüşüb.
Görüşdə Federasiyasının Prezidenti Rövşən Quliyev Aleksandr Səmədova məlumat verib ki, 1 ildi fəaliyyət göstərən “Qarabağ – Əlil Döyüşçülər” federasiyası qısa zamanda müəyyən uğurlara imza atıb. Əlillərdən ibarət milli komanda qatıldığı turnirlərdə yaxşı nəticələr göstərib, yığma 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə, 2022-cil ildə isə Dünya çempionatına vəsiqə qazanıb.R.Quliyev həmçinin komandanın yaranma tarixindən, fəaliyyətindən, qazandığı uğurlardan və ölkəmizdə bu idman növünə olan maraq və yaradılan şəraitdən də söz açıb. O, böyük inam hissi ilə qeyd edib ki, məhz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımızın hünəri sayəsində növbəti oyunlarımız tezliklə Şuşada, Xankəndində, işğal altında olan digər ərazilərdə baş tutacaq.
Sonda komandaların üzvlərinə UEFA-nın hədiyələri təqdim edilib və xatirə şəkilləri çəkdirilib.