Close

26.02.2020-ci il tarixdə Xocalı Soyqırımı gününə həsr edilmiş növbəti turnirimiz Gəncə şəhərində baş tutmuş, müxtəlif telekanallar və media nümayəndələri vasitəsilə KİV-də işıqlandırılmışdır. Federasiyanın fəaliyyətinə dair CBC Cport telekanalında geniş proqram hazırlanaraq əhaliyə göstərilmişdir.

Həmçinin, 2018-2019-cu ildə 3 dəfə Gürcüstan Respublikasında, Türkiyə, Ukrayna və Polşa Respublikalarında keçirilmiş Beynəlxalq Yoldaşlıq yarışlarında iştirak edən milli komandamız uğurlu nəticələrlə ölkəmizə qayıtmışdır. Müsbət nəticələrlə Respublikamıza qayıtdıqdan sonra Abşeron Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Federasiyamızın üzvləri YAP İcra katibi cənab Əli Əhmədovla görüşmüş və gələcək planlarımız haqda məlumat vermişdir.