Close
“QƏDFF”in himni

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının

HİMNİ

                                                                            Sözləri: Tural Nəqşicahan

                                                                            Musiqisi: Leyla Nur

 

Vətənin bu adda öyünür qazi

Ürəklər səninlə döyünür qazi

Xalq uğurlarına sevinir qazi

Qələbə sevincin gətir millətə

Nəqarət:

Qarabağ qazisi zəfərlər çalsın

Daim birincilik kubokun alsın

Zəfər marşımız da cəngimiz olsun

Dinləsin düşmənlər gəlsin lərzəyə

Qazi-Heydər qətiyyətli igidim haydı

Qazi-Üç rəngli bayrağı qaldır zirvəyə

Qazi-Türk oğlu türklərin görsün gücünü

Qazi-Qorxsun düşmənlərin gəlsin lərzəyə

Neçə döyüşlərdə dedin sözünü

Yenə tarixlərdə salıb izini

Yaşıl meydanlarda göstər özünü

Bildir gücümüzü hər bir dövlətə

Nəqarət:

Qarabağ qazisi zəfərlər çalsın

Daim birincilik kubokun alsın

Zəfər marşımız da cəngimiz olsun

Dinləsin düşmənlər gəlsin lərzəyə

Qazi-Heydər qətiyyətli igidim haydı

Qazi-Üç rəngli bayrağı qaldır zirvəyə

Qazi-Türk oğlu türklərin görsün gücünü

Qazi-Qorxsun düşmənlərin gəlsin lərzəyə