Close
“QƏDFF”in Türkiyə səfəri

“Qarabağ Əlil döyüşçüləri Futbol Federasiyasının” yığması Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Qüvətləri” amputant futbol komandası ilə yoldaşlıq görüşü baş tutmuşdur. Azərbaycanın “Qarabağ Əlil döyüşçüləri Futbol Federasiyasının” əlillərdən döyüşçülərindən ibarət qarabağ qaziləri hər zaman Ali baş Komandan Cənab İlham Əliyevin diqqət və qayğısın hiss edərək yarışda əzm və iradə göstərmişdilər.
“Qarabağ Əlil döyüşçüləri Futbol Federasiyasının” prezidenti Rövşən Quliyev və Qazilərərdən ibarət heyət Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər.
Daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.
Ziyarəti davam edərək, Şəhidlər xiyabanında Şəhid Türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsidə ziyarət edilib
Təntənəli qarşılaşnma mərasimində “Qarabağ Əlil döyüşçüləri Futbol Federasiyasının” prezidenti Rövşən Quliyev bildirib ki, biz daima Ali baş komandanın tapşırıq və tövsiyələrini ürəklə əməl edir , bu yolda addımlayırıq.