Close

“QƏDFF”in əsas dəyərləri bütövlük, komanda işi, cəmiyyətlə əməkdaşlıq, məsuliyyət və liderlikdir.Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyası (QƏDFF) İçtimai Birliyi 27.12.2018-ci il tarixdə 1118-G65-3652 saylı qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

Federasiyanın təsisçisi və prezidenti – Quliyev Rövşən Akif oğlu.Federasiyanın vitse prezidenti – Əhmədov Ziya Seylan oğlu.Federasiyanın baş katibi Nuriyeva Arzu

Əsas məqsədi Azərbaycan futbolunun inkişafına xidmət etmək, rəqabətədavamlı yerli futbolçular yetişdirmək olan federasiyamız bunun üçün təməli möhkəm “binanın” mərhələ-mərhələ ucalması üçün lazımi işlərə start verib.

Yarandığı gündən etibarən federasiyamızda komandaların təsis edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilib.Federasiyanın tərkibində Abşeron, Sumqayıt, Gəncə, Kəpəz, Tovuz və Qazax amputant futbol komandaları yaradılmış  və hazırda onlar arasında respublika çempionatı keçirilir. Fəaliyyət göstərən komandaların tərkibindən milli komandamız formalaşdırılmışdır. Bu komandalarda 53 nəfər Qarabağ Qazisi futbolçu kimi fəaliyyət göstərir.

Ölkə daxilində Ümummilli Liderimizin 95 və 96 illiyi, 20 yanvar şəhidlərinin anım günü və digər tədirlərinə həsr olunmuş müxtəlif yarışlarımız keçirilmişdir. Eyni zamanda, 2018-ci ildə Ümummilli Liderimizin 95 illik yubileyinə həsr olunmuş yarışda Gürcüstan Respublikasının milli komandası ilə yoldaşlıq oyunu keçirilmiş və milli komandamız qalib gəlmişdir.