Close
“Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının” Türkiyə səfəri

“Qarabağ Əlil döyüşçüləri Futbol Federasiyasının” yığması 2018-ci il Yanvarın 3-də Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Qüvətləri” amputant futbol komandası ilə yoldaşlıq görüşü baş tutmuşdur. Azərbaycanın “Qarabağ Əlil döyüşçüləri Futbol Federasiyasının” əlillərdən döyüşçülərindən ibarət qarabağ qaziləri hər zaman Ali baş Komandan Cənab İlham Əliyevin diqqət və qayğısın hiss edərək yarışda əzm və iradə göstərmişdilər.
“Qarabağ Əlil döyüşçüləri Futbol Federasiyasının” prezidenti Rövşən Quliyev və Qazilərərdən ibarət heyət Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər.
Daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.
Ziyarəti davam edərək, Şəhidlər xiyabanında Şəhid Türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsidə ziyarət edilib
Təntənəli qarşılaşnma mərasimində “Qarabağ Əlil döyüşçüləri Futbol Federasiyasının” prezidenti Rövşən Quliyev bildirib ki, biz daima Ali baş komandanın tapşırıq və tövsiyələrini ürəklə əməl edir , bu yolda addımlayırıq.
vitse-prezidenti Ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov çıxış edərək bildiriblər ki, Ankarada “Altındağ” stadionunda keçirilən oyundan əvvəlçə Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu hər iki komandanın futbolçuları ilə görüşüb.
Azərbaycan komandası səfər çərçivəsində Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Qüvvələri” amputant futbol komandası ilə yoldaşlıq görüşü keçirib. Oyun 4:4 hesablı heç-heçə ilə başa çatıb. Elmar Hüseynov çıxışını davam etdirərək qeyd edib ki, Azərbaycanda Rövşən Quliyev tərəfindən yaradılan komandaya görə Türkiyənin Gənclər və İdman Naziri Mehmet Muharrem Kasapoğlu tərəfində qiymətləndirilərək onun işinə gərə minnətdarlıq edib. Buna görə ona qiymətli hədiyyələr təqdim edib.
Qeyd olunub ki, Türkiyədə səfərdə olan Azərbaycanın “Qarabağ Əlil döyüşçüləri Futbol Federasiyasının” prezidenti Rövşən Quliyev və milli komandanın üzvləri Daxili İşlər Naziri Süleyman Soylu ilə də görüşüblər.
“Qarabağ Əlil döyüşçüləri Futbol Federasiyasının” prezidenti Rövşən Quliyev vurğulanıb ki, “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri Ulu Öndərin Ankarada ki, abidəsini və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Ankarada dəfn olunduğu məqbərəni – Anıtqəbiri də ziyarət ediblər. Türkiyə səfəri zamanı Azərbaycanın Türkiyədəki səfiri və Hərbiateşesi də daima qazilərin yanında olub.
Qeyd etmək istəyirik ki, Bütün səfərin xərclərini “Qarabağ Əlil döyüşçüləri Futbol Federasiyasının” prezidenti Rövşən Quliyev öz üzərinə götürüb.