Close
Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının komandaları Gürcüstanda yarışa qatılacaq

Gürcüstanın Müdafiə Nazirliyinin təşkilatçılığı ilə avqustun 5-də Tbilisidə əlil veteran futbolçular arasında ölkədaxili yarış keçiriləcək.Tədbir təşkilatçılarının dəvəti ilə Azərbaycan Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyası da idman tədbirində təmsil olunacaq.

Federasiyanın sədri Rövşən Quliyev bildirib ki, Gürcüstanın suverenliyi və ərazi bütövlüyü uğrunda əlil və şəhid olmuş insanlara həsr edilən yarışda qonşu dövlətdən 6, Azərbaycandan isə “Qarabağ” və “Abşeron” olmaqla, iki komanda çıxış edəcək. Yarışlar Tbilisinin idman kompleksində keçiriləcək. Final oyunu isə Qori şəhərində gerçəkləşəcək.

“Qarabağ” və “Abşeron” komandaları Abşeron Olimpiya İdman Kompleksində Çingiz Məmmədovun rəhbərliyi ilə təlim-məşq toplanışına cəlb olunub. İntensiv və gərgin keçən məşqlər döyüşçülərimizin qələbə əzmindən xəbər verir”, – deyə R.Quliyev əlavə edib.