Close
Qazax-Tovuz və Ağstafa rayonlarında Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının yeni komandaları təsis edilib

Bu gün Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının təşübbüsü və “Gəncə” və “Kəpəz” yığma komandalarının iştirakı ilə Qazax-Tovuz və Ağıstafa rayonlarında Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının yeni komandaları təsis edilib.Əvvəlcə Azərbayacan Respublikasının Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimiz əziz Xatirəsi bir dəqiqəlik sükütla yad edilib

Yoldaşlıq görüşü Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qazax rayon Gənclər və idman İdarəsinin Təşkilatçılığı ilə Qazax rayon Olinpiya kompleksində keçirilib.
Açılış mərasimində çıxış edən Qazax RİH-nin əməkdaşı Sərdar Orucov qonaqları rayon rəhbəri Rəcəb Babaşovun adından, iştirakçıları salamlayıblar və yarışa uğurlar arzulayıb. S.Orucov Azərbaycan dövlətinin Qarabağ Müharibəsi Əlillərinə və Veteranlarına göstərdiyi diqqəy və qayğıdan bəhs edib, onların daim Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu söyləyib.
Daha sonra Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev Qarabağ müharibəsi əlillərinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edərək bu müqqədəs işdə daima Federasiyaya dəstək verəcəyini bildirib.

Daha sonra Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının (QƏDFF) prezidenti Rövşən Quliyev Polşanın Varşava şəhərində “Amputa Futbol-2019” Gürcüstanın Tiflis şəhərində keçirilən yarış barəsində məlumat verərək, Qarabağ həqiqətlərin dünya ictimayətinə çatdırdıqların qeyd edib. O qeyd edib ki, Avropa Amputant Futbol Federasiyali Asosiyasiyasinin (EAFF) təşkilatçılığı ilə Azərbaycanın Qarabağ Əlil Döyuşçülər Futbol Federasiyasının (QƏDFF) yığma komandası İtaliya , Rusiya və Gürcustan ilə arasında beynəlxalq yoldaşlıq görüşü keçirilib. (QƏDFF) prezidenti Rövşən Quliyev bildirib ki, bu gün Qarabağ döyüşlərində əlil olan futbolçu idmançılarımız Vətən uğrunda döyüşlərdə yenidən iştirak etmək üçün Ali Baş Komandan İlham Əliyevin əmrlərinə hazırdırlar. Federasiyaya yaxından dəstək olan Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkür edib. QƏDFF Vitse-prezidenti Elmar Hüseynov çıxışında. Ali Baş Komandan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın şəhid ailələrinə, müharibə veteranlarına olan diqqət və qayğısınından söz açaraq, Azərbaycan (QƏDFF) prezidenti Rövşən Quliyevin bu sahədə apardığı işlərdən və komandanın bir illik fəaliyyətindən danışdı. Daha sonra Azərbaycan (QƏDFF) prezidenti Rövşən Quliyev Azərbaycan Gəncə və Kəpəz yığma komandalarının iştirakı ilə Qazax Tovuz və Ağıstafa rayonlarında yeni komandaları təsis edilməsinə, yarışlar Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qazax rayon Gənclər və idman İdarəsinin təşkilatçılığı təşkil olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin Başçı cənab Rəcəb Babaşovu təmsil edən Qazax Rayon İcra Hakimiyyətinin aparatında baş məsləhətçisı Sərdar Orucova və Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi yoldaş Vüqar Nəbiyev Ümummilli Lider Heydər Əliyevin “Mən fəxr edirəm ki mən Azərbaycanlıyam” plaketini komanda adından təqdim edib.
Qarabağ Müharibəsi Əlilləri,Veteranları, Şəhid Ailələri İB-nin Qazax rayon şöbəsinin sədr müavini, birinci dərəcəli Qarabağ müharibəsi Qazisi Namiq Əliyev və ictimai birliyin üzvləri çıxışlarında komandalara uğurlar arzu ediblər. N.Əliyev çıxışında həmçinin bütün Qazax rayonunun Veteran və Əlillərinin Ali Baş Komandanın əmrinə hazır olduqlarını ifadə ediblər. Komandaların Qazax-Tovuz və Ağıstafa rayonları üzrə rəhbəri, Müharibə Veteranlarına SosialYardım İB-nin Qazax rayon üzrə rəhbəri,Qarabağ Əlili Ülviyyə Poladova təyin edilib.

Tədbirdə Əfqanıstan Veteranları İB-nin Ağstafa rayon şöbəsinin sədri eləcədə Qarabağ müharibəsi veteranı Mirzahid Hacıyev və İB-nin üzvləri çıxışlarında komandalara uğurlar arzu ediblər. Mirzahid Hacıyev öz çıxışında butun Ağstafa rayon Veteran və Əlillərin Ali Baş Komandanın hər zaman dəstəkləyərək Federasiyanın Ağstafa şöbəsinin rəhbəri kimi fəaliyətindən qürur hissi keçirdiyini bildirdi. Komandaların Qazax Tovuz və Ağıstafa rayonları üzrə rəhbəri Müharibə Veteranlarına Sosial Yardım İB-nin Qazax rayon üzrə rəhbəri Qarabağ Əlili Ülviyyə Poladova təyin edildi.
Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının Tovuz rayonunda təsis etdiyi komandanı təbrik etmək üçün Tovuz rayon İcra Başçısının cənab Məmmədov Məmmədin adından Tovuz rayon Gənclər və idman İdarəsinin rəisi Sahib Ələsgərov çıxış edib. O qeyd edib ki, Ölkə başçısının hər sahədə diqqət və qayğısı görünür və bu heyətdə bu işin canlı nümunəsidir. Azərbaycan (QƏDFF) prezidenti Rövşən Quliyev Tovuz Rayon İcra Hakimiyyətinin Başçı cənab Məmməd Məmmədovu təmsil edən Tovuz rayon Gənclər və idman İdarəsinin rəisi Sahib Ələsgərov Ümummilli Lider Heydər Əliyevin “Mən fəxr edirəm ki mən Azərbaycanlıyam” plaketini komanda adından təqdim edib.

1.Prezident RÖVŞƏN QULİYEV
2. Vitse-Prezident Hüseynov Elmar
3. Məsul katib Nuriyeva Arzu
4. Mətbuat katibi Sima Babayeva
5. PRESS Aliyev Şamo
6. Kapitan Ələkbarov Rasim——-9
7. Məşqçi İlham Səmədov
8. Oyuncu İsgəndərov Vidadi——8
9. Oyuncu Məzahir Rüstəmov——1
10. Oyuncu Xosrov Dadaşov————6
11. Oyuncu Nemət Əhmədov ———1
12. Oyuncu Sürət Süleymanov————11
13. Oyuncu Natiq Əliyev——-3
14. Oyuncu Saleh Həsənov——–4
15. Oyuncu Nazir Abdıyev———–7
16. Oyuncu Rüstəm Şirinov
17. Oyuncu Afiq Məmmədov—22
18. Oyunçu Elşad Bədəlov
19 Oyunçu Bəhlul Hacıyev
20.Oyunçu Sərvan Əliyev
21.Oyuncu Sahib Xasiyev
22.Oyuncu Rabil Sadıqov
23.İdarə Heyəti Saleh Qasımov
24.İdarə Heyəti Vüsal Qurbanov
TOVUZ KOMANDASI
25. Əli Əliyev
26. İbrahimov Samir Rafiq
27. Əliyev Anar Əli
28. Quliyev Samir Cahan

BÜTÜN HEYƏT ADINDAN ALİ BAŞ KOMANDANA İLHAM ƏLİYEVƏ VƏ VİTSE PRESİDENT MEHRİBAN ƏLİYEVAYA ÖZ RƏHBƏRLİYİMİZƏ MİNNƏTDARIQ.