Close

Quliyev Rövşən Akif oğlu

Quliyev Rövşən Akif oğlu 14.11.1964-cü ildə Şuşa şəhərində anadan olub. Şuşa şəhəri 4№ orta məktəbi 1986-ci ildə bitirib , hərbi hissəyə Moldoviya Unqeni şəhərində artileriyanın razvetkasında 2 il əsgərlikdə olub.1987-ci-ildə Sovet ordusunda yaxşı xidmət etdiyi üçün komunist partiyası sıralarına daxil olub.1988-ci ildə əsgərlik xidmətini başa vurub .Qarabağ münaqişəsində və döyüşlərində 1992-ci ilə kimi iştirak etib. Sonradan iş fəaliyyətinə biznes ilə məşğul olub.1999-cu ildə Şuşa şəhid əlil veteranlar birliyinin yaranmasında əməyi olub. Daim Qarabağ Qazilərilə birgə fəaliyyət göstərib. 14.05.2001-ci ildən də Yap partiyasının üzvüdür. 2018-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin 95 – illik yubiley münasibətilə Qarabağ Əlil Döyüşçülər Futbol Federsiyasını Azərbaycanda ilk dəfə yaradıb .Hal – hazırda da işlərini davam etdirir . Bu 2 il müddətində  Abşeron, Sumqayıt, Tovuz, Gəncə, Qazax və Kəpəz komandaları Avropa çempionatında Avroliqaya Avropa kubokuna vəsiqə almışdır.